Qarabağda daha 4 erməni meyiti tapıldı

 Qarabağda daha 4 erməni meyiti tapıldı
  26 Yanvar 2021    Oxunub:2096
Qarabağda aparılan axtarışlar zamanı daha dörd erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu baradə “Sputnik Ermənistan” məlumat yayıb.

"Yanvarın 25-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində Suqovuşan ərazisindəki postlarda bir hərbçinin qalıqları tapılıb. Onu Azərbaycan tərəfi təhvil verib. Üzərində sürücülük vəsiqəsi var idi. Həmin şəxsin 1993-cü il təvəllüdlü ehtiyatda olan Aşot Xaçatryan olduğu ortaya çıxıb”, - deyə məlumatda bildirilib.

Daha üç erməni hərbçisinin cəsədi Cəbrayıl ərazisində aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Axtarış işləri bu gün Hadrut istiqamətində davam edir.

Qeyd edək ki, 13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 erməni cəsədi və qalıqları aşkar olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Hərbçi   Cəsəd  





Xəbər lenti