Ermənistanda 3052 nəfər koronavirusdan ölüb

Ermənistanda 3052 nəfər koronavirusdan ölüb
  26 Yanvar 2021    Oxunub:1823
Ermənistanda son sutka ərzində daha 138 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 166 232 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3052-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 758 nəfərdir. Aktiv xəstələrin sayı 7018 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti