Koronavirus ən çox bu ölkələrdə yayılıb - STATİSTİKA

 Koronavirus ən çox bu ölkələrdə yayılıb -  STATİSTİKA
  26 Yanvar 2021    Oxunub:1953
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 100 milyon 285 min 517 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 149 min 461 nəfərdir. İndiyədək 72 milyon 292 min 985 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 25 861 597 nəfər virusa yoluxub, 431 392 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 677 710 yoluxma qeydə alınıb. Onlardan 153 624 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 872 964 nəfərdə virus aşkar edilib. Xəstələrdən 217 712 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 738 690 yoluxma, 69 918 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 669 658 nəfər virusa yoluxub ki, onlardan 98 531-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti