Trampın impiçmenti barədə qətnamə Senata təqdim edildi

Trampın impiçmenti barədə qətnamə Senata təqdim edildi
  26 Yanvar 2021    Oxunub:1873
ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçmenti barədə qətnamə demokratlar tərəfindən Senata təqdim edilib.
Azvision.az "AP News"a istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq eyni prezident iki dəfə impiçmentə məruz qalır.

İmpiçment prosesi fevralın 8-də başlayacaq və qətnamə “iğtişaşlara təhrik” maddəsinə əsaslanır.

Xatırladaq ki, 13 yanvar tarixində ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinə dair Senatda baxılacaq qərarın qəbuluna səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: impiçment   ABŞ   Tramp  





Xəbər lenti