Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

  26 Yanvar 2021    Oxunub : 1517
   Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri keçib.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 100 milyon 122 min 841 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 145 min 303 nəfərdir.
İndiyədək 72 milyon 58 min 837 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 110 min 692 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19-a yoluxma sayına görə dünyada liderdir. Bu ölkədə 25 milyon 741 min 585 yoluxma halı aşkarlanıb, 429 min 820 nəfər ölüb.

İkinci sırada yer alan Hindistanda 10 milyon 677 min 710 nəfərdə infeksiyaya yoluxma qeydə alınıb, 153 min 624 pasiyent həyatını itirib.

Üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövründə 8 milyon 850 min 135 nəfər virusa yoluxub, 217 min 133 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus