Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

   Bayden transgenderlərin orduda xidmətinə icazə verdi
  26 Yanvar 2021    Oxunub:1277
ABŞ-ın yeni Prezidenti Cozef Bayden transgendərlərin Amerika Silahlı Qüvvələrində xidmətinə qoyulan məhdudiyyətləri ləğv edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

“Bayden hesab edir ki, cinsiyyət mənsubluğu hərbi xidmətə mane olmamalıdır”, -deyə Ağ Evdən bildirilib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2016-cı ildə transgenderlərin Silahlı Qüvvələrdə xidmət etməsinə icazə vermişdi. Donald Tramp isə hakimiyyəti dövründə transgenderlərin orduya qəbul olunmasına qadağa qoyub. Yalnız xidmətə davam edənlərin ordu sıralarında qalmasına icazə verilib. Bayden isə Trampın qərarını ləğv edən fərmana imza atıb.

Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti