Türkiyədə daha 137 nəfər virusdan öldü

Türkiyədə daha 137 nəfər virusdan öldü
  26 Yanvar 2021    Oxunub:2171
Türkiyədə son sutka ərzində 137 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5642 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 210, virusa yoluxanlar isə 2 435 247 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 134 403 pasiyent (son sutkada 6682 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti