“Heç vaxt bizneslə məşğul olmamışam” - Putindən iddialara cavab

  25 Yanvar 2021    Oxunub : 2797
 “Heç vaxt bizneslə məşğul olmamışam” -  Putindən iddialara cavab
Rusiya Prezidenti Vladimir Putin müxalifətçi Aleksey Navalnının onun barəsində hazırladığı videoaraşdırmanı montaj və "yığma" adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya lideri ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə deyib.

Tələbələrdən birinin sualını cavablandıran Putin bildirib ki, orada hovuzda üzməsini əks etdirən fotosunu yerləşdiriblər: “Mən bəzən üzməyi sevirəm. Amma mən heç vaxt həmin hovuzda olmamışam. 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.

Putin göstərilən mülkin ona aid olmadığını, bu cür şayiələrin rusiyalıların “beyinlərini yumağa” hesablandığını vurğulayıb.

Dövlət başçısı araşdırmada adıçəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımadığını söyləyib. Bundan əlavə, Putin bizneslə heç vaxt məşğul olmadığını və bu sahənin onun üçün maraq kəsb etmədiyini diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AlekseyNavalnı