AQTA monitorinqləri davam etdirir

AQTA monitorinqləri davam etdirir
  25 Yanvar 2021    Oxunub:2148
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 22-də ölkə ərazisində fəaliyyət göstərən 69 ərzaq satışı obyektində monitorinqlər aparılıb.

Monitorinqlər zamanı 56 ərzaq satışı müəssisəsində ümumilikdə 93 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Azvision.az


Teqlər: AQTA   Monitorinq  





Xəbər lenti