AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmədi

 AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmədi
  25 Yanvar 2021    Oxunub:2156
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərini yenidən təsdiqləməyib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib ki, Avropa Şurası məkanında yenidən ikili standartlar və siyasiləşmiş yanaşma üstünlük qazandı.

“Bu mövzuda mövqeyimizdə heç nə dəyişməyib: Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri tam təsdiqlənməsə, Strasburqu tərk edəcəyik və qurumun sessiyalarında iştirak etməyəcəyik. Heç bir qanunsuz məhdudiyyət və sanksiyanı qəbul etmirik. Bu, parlamentarizmin təbiətinə ziddir. Ümid edirəm ki, assambleya Rusiya ilə münasibətləri yeni bir böhrana gətirməmək üçün kifayət qədər sağlam düşüncəyə sahib olacaq", - deyə rusiyalı deputat bildirib.

Xatırladaq ki, yanvarın 25-28-də AŞPA-nın qış sessiyası keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti