254 cinayətkar qrup zərərsizləşdirilib

 254 cinayətkar qrup zərərsizləşdirilib
  25 Yanvar 2021    Oxunub:1413
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verilən göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd edib.
Azvision.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib. Onun sözlərinə görə, qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatları aparılıb, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi baza yenilənib.

Xəstəxana həyətindən körpə meyiti tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Kollegiya iclasında qeyd edilib ki, hesabat dövründə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınıb 26.004 cinayətin 84,3%-nin açılması təmin olunub, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib ki, onların da açılma faizi 85,5% təşkil edib.

2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb, ötən illərdən bağlı qalan 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib.

Azvision.az


Teqlər: Prokurorluq   Cinayət  





Xəbər lenti