İran ABŞ-la əməkdaşlığa hazırdır

  23 Yanvar 2021    Oxunub : 2166
 İran ABŞ-la əməkdaşlığa hazırdır
İran ABŞ-la Fars körfəzində təhlükəsizlik və neft satışı mövzularında əməkdaşlıq edə bilər.
Azvision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də əməkdaşlıq etmək üçün heç bir problem görmürük", - deyə XİN rəhbəri bildirib.

Zərif qeyd edib ki, Fars körfəzində xarici qüvvələrin olması təhlükəsizliyə təhdiddir və ABŞ buranı tərk etməlidir.

Azvision.az

Teqlər: İran   XİN