“A Haber” ASALA ilə bağlı xüsusi reportaj hazırladı

“A Haber” ASALA ilə bağlı xüsusi reportaj hazırladı
  23 Yanvar 2021    Oxunub:2010
Türkiyənin “A Haber” telekanalı ASALA erməni terror təşkilatı ilə bağlı xüsusi reportaj yayıb.
Reportajda Türkiyə dövlətini və xalqını hədəf alan erməni terror təşkilatlarının çoxistiqamətli fəaliyyətinin səbəb və məqsədləri tamaşaçılara çatdırılıb.

Qeyd olunub ki, erməni terror təşkilatları 1973-cü ildən 1986-cı ilədək 34-ü diplomat olmaqla, 58 türkü amansızcasına qətlə yetiriblər. Çox sayda yaralanan və dağıntılar olub. Təəssüf ki, bu terror aktlarını törədən ermənilərin bir qismi tutulmayıb, bəziləri sonradan müxtəlif bəhanələrlə bəraət alıb. Ermənistan dövləti isə terrorçu erməniləri qəhrəmanlaşdıraraq öz xalqına örnək göstərib.

Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

Azvision.az


Teqlər: ASALA  





Xəbər lenti