Amerikalı məşhur aparıcı vəfat etdi
87 yaşlı Larri Kinq Los-Ancelesdəki klinikalardan birində dünyasını dəyişib.
Xatırladaq ki, daha əvvəl onun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.
L.Kinq 1985-2010-cu illərdə müəllifi olduğu "Larry King Live" şousu ilə məşhurlaşıb. O, əlli mindən çox siyasətçi, aktyor, idmançı və digər məşhurlardan müsahibə alıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: LarriKinq