“Ermənistan dostuma hücum edir, dəstək verməyəcəkdik?” - Ərdoğan

  23 Yanvar 2021    Oxunub : 2360
“Ermənistan dostuma hücum edir, dəstək verməyəcəkdik?” -  Ərdoğan
"Sən niyə Ermənistanla savaşırsan”, - deyə soruşurlar. Çünki Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, belə olduğu halda biz əlimizdən gələn dəstəyi vermək məcburiyyətindəyik.

Türkiyə lideri vurğulayıb: “Guya dostdur, NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə silahlarınız Ermənistana qarşı vuruşur. Ermənistan bizim dostumuza, mənim soydaşlarıma hücum edir, biz dəstək verməyəcəkdikmi? NATO-da bərabər deyilikmi?! Bərabərik. Onda niyə belə münasibət göstərirsiniz?”.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsi dövründə Kanada hökuməti Türkiyəyə PUA-lar üçün kamera satmaqdan imtina edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan