Navalnının həyat yoldaşı sərbəst buraxıldı - YENİLƏNİB
Onun Puşkin meydanındakı aksiyada iştirak etdiyi üçün saxlanıldığı bildirilib.
***
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliyanı saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, "İnstagram"da bildirib.
Y.Navalnı Moskvada həyat yoldaşına dəstək aksiyası zamanı tutulub.
O, foto paylaşaraq yazıb: “Keyfiyyətsiz olduğuna görə üzr istəyirəm. Polis avtomobilində çox pis işıq var”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Navalnı