ABŞ rəhbərliyi “Taliban”la sazişə yenidən baxa bilər

ABŞ rəhbərliyi “Taliban”la sazişə yenidən baxa bilər
  23 Yanvar 2021    Oxunub:968
ABŞ Prezidenti Co Baydenin administrasiyası 2020-ci ildə Vaşinqtonla radikal “Taliban” hərəkatının nümayəndələri arasında əldə edilmiş razılaşmaları yoxlamaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən “Reuters” məlumat verib. Agentlik bildirib ki, Baydenin Milli Təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Əfqanıstan rəsmiləri ilə telefon danışığında ABŞ rəhbərliyinin planları barədə məlumat verib.

2020-ci ilin fevralında ABŞ və “Taliban” arasında Dohada sülh müqaviləsi imzalanıb. Razılaşmalara görə, ABŞ və koalisiya qüvvələri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmalı idi.

Azvision.az


Teqlər: ABŞ   Taliban  





Xəbər lenti