Kolumbiyada neft kəməri partladılıb

Kolumbiyada neft kəməri partladılıb
  23 Yanvar 2021    Oxunub:758
Kolumbiyanın şərqində, Saravena bələdiyyəsi ərazisində yerləşən neft kəməri partladılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Caracol” telekanalı bildirib. Neft kəmərinin işini pozmaq üçün törədilən partlayışda xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb. İlkin məlumata görə, neft kəmərinin partlayışını üsyançı təşkilatlarının üzvləri törədib.

Azvision.az


Teqlər: Kolumbiya   Neft   Kəmər  





Xəbər lenti