Paşinyan mayda erkən seçki keçirməyi planlaşdırır - KİV

 Paşinyan mayda erkən seçki keçirməyi planlaşdırır -  KİV
  23 Yanvar 2021    Oxunub:1489
Ermənistanın hakim komandası son həftələrdə tam şəkildə erkən seçkilərə hazırlıqla məşğuldur.
Azvision.az xəbər verir ki, bunu "Qraparak" nəşri yazıb.

Məlumata görə, bu məsələ ilə ətraf mühit naziri Romanos Petrosyan, ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan, Nikol Paşinyanın müşaviri Arayik Arutyunyan və hökumət aparatının keçmiş rəhbəri Eduard Agacanyan məşğul olur.

Onlar hakim partiyanın regional strukturlarını ziyarət etməyə başlayıblar və insanları işlə təmin etməyə söz verirlər.

Nəşr, Paşinyanın may ayında erkən seçkilər keçirməyi planlaşdırdığını yazıb. Bununla belə, qeyd edilib ki, parlament müxalifəti ilə ortaq bir dil tapılmasa, bu düşüncədən tamamilə imtina etmələri istisna olunmur. Çünki parlamentdə baş nazir vəzifəsinə namizəd irəli sürülməsi qorxusu qalır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Seçki   Ermənistan  





Xəbər lenti