Navalnıya dəstək aksiyalarında 100-dən çox saxlanılan var

Navalnıya dəstək aksiyalarında 100-dən çox saxlanılan var
  23 Yanvar 2021    Oxunub:1111
Rusiyanın Uzaq Şərq dairəsində müxalifətçi Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə keçirilən aksiyalarda 100 nəfərdən çox iştirakçı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yazıb.

Qeyd edilib ki, Xabarovsk, Vladivostok, Cənubi-Saxalin, Yakutsk və bir sıra digər bölgələrdə 100-dən çox, bəzi mənbələrə görə isə 170 nəfər nəzarətə alınıb.

Məlumata görə, Vladivostokda etirazçılar iki saat boyunca şəhərin mərkəzi küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Nümayişdə təxminən 3 min nəfər iştirak edib, onlar "Putin istefa ver ", "Qorxmuruq. Bir. İki. Üç, Putin get ”, “Sarayı xalqa qaytarın”, kimi şüarlar səsləndiriblər.

Cənubi -Saxalində aksiyada təxminən 400 nəfər iştirak edib. Yürüş zamanı təhlükəsizlik qüvvələri etirazçılara mane olub və onları saxlamağa başlayıb. Nəticədə təyinat yerinə - Qələbə meydanına 40 nəfər çata bilib.

Yakutskda aksiya -50 ° şaxtada baş tutub. Təxminən 50 nəfər aksiyaya çıxıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Aksiya  





Xəbər lenti