Müxalifət liderlərinin qətlinə hazırlaşan erməni həbs edildi

   Müxalifət liderlərinin qətlinə hazırlaşan erməni həbs edildi
  23 Yanvar 2021    Oxunub:1595
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan ölkədə müxalifət liderlərinin qətlə yetirilməsinə çağırışlar edən Paşinyan tərəfdarı haqqında məlumat paylaşıb.
Azvision.az xəbər verir ki, o, həmin şəxsin gec də olsa, nəzarətə götürülməsindən məmnun qalıb:

"Günü xoş xəbərlə başlayım. “Facebook”da Robert Koçaryan, Serj Sarkisyan, Artur Vanetsyan və Vazgen Manukyanın öldürülməsini sifariş verən qatili, Nikolun pərəstişkarını xatırlayırsınızmı? Bu gün İrəvan şəhər daxili işlər idarəsindən məktub aldım. Məktubda artıq ona qarşı cinayət işinin başlandığı qeyd edilir. Yeri gəlmişkən, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, dekabrın 20-də Geqarkunik bölgəsinin Nerkin Qetaşen kəndindəki kilsəni mühasirəyə alaraq din xadimini buraxmayanlar da məhz bu şəxsin “banda”sı olub. Heç vaxt ağlıma belə gətirməzdim ki, tanrı onu mənim əlimlə cəzalandırar".

Xatırladaq ki, dekabr ayında sosial mediada Paşinyanın aktiv təbliğatını aparan ermənilərdən biri silahının fotosunu paylaşaraq müxalif siyasətçilərin öldürülməsini və buna görə pul veriləcəyini yazmışdı. Maraqlıdır ki, 44 nəfər onun terrora çağırış edən statusunu öz hesabında paylaşmışdı.



Tural Tağıyev
Azvision.az


Teqlər: Qatil   Həbs   Paşinyan-tərəfdarı  





Xəbər lenti