KİV: Tramp seçki nəticələrini dəyişdirmək üçün naziri qovmaq istəyib

 KİV:  Tramp seçki nəticələrini dəyişdirmək üçün naziri qovmaq istəyib
  23 Yanvar 2021    Oxunub:1267
ABŞ-ın keçmiş prezidenti Donald Tramp səlahiyyətlərinin son həftələrində ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Ceffri Rozeni özünə daha sadiq biri ilə dəyişdirmək istəyib. Buna səbəb isə Corciya ştatında prezident seçkilərinin nəticələrini ləğv etmək olub.
Azvision.az xəbər verir ki, bu barədə “New York Times” keçmiş dövlət rəhbəri adminstrasiyasının adını açıqlamayan nümayəndəsinə istinadla məlumat dərc edib.

Nəşr yazıb ki, Ədliyyə Nazirliyinin işçilərindən biri, vəkil Ceffri Klark Ceffri Rozeni (eyni zamanda ölkənin Baş prokuroru - red.) vəzifəsindən uzaqlaşdırmaq üçün Tramp ilə bir plan hazırlayıb. Bu plan Rozenin Trampın təklifini rədd etməsindən sonra düşünülüb.

Məlumata görə, Trampın fikrini dəyişməsinə əsas səbəb Rozenin çıxarılacağı təqdirdə nazirliyin əməkdaşlarının kütləvi şəkildə istefa vermək qərarı olub.

Klark, bu planda iştirakını inkar edib. Tramp isə mövzuya şərh verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp   ABŞ  





Xəbər lenti