"Medalları elə payladılar, sanki biabırçı məğlubiyyətimiz olmayıb"- Asatryan

   "Medalları elə payladılar, sanki biabırçı məğlubiyyətimiz olmayıb"-   Asatryan
  23 Yanvar 2021    Oxunub:1364
Qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senor Asatryan Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinə görə medal paylama kampaniyasını tənqid edib.
Azvision.az xəbər verir ki, o qondarma rejimin adına təsis edilmiş "Artsax” Qəhrəmanı" adlı medalın məğlub ordu nümayəndələrinə verilməsini absurd bir şey kimi qiymətləndirib:

“Bu medal 1997-ci ildə, ilk Qarabağ müharibəsinin bitməsindən üç il sonra təsis edildi. 2020-ci ilədək- sentyabr ayına kimi bu ada 28 nəfər layiq görülmüşdü. Medalı alanlar ordu quruculuğundakı rol, xüsusi xidmətlər, Seysulan əməliyyatı və s. ciddi səbəblərdən buna layiq görülmüşdülər. 27 sentyabrda başlayan yeni Qarabağ müharibəsi isə kapitulyasiya aktının imzalanması, böyük ərazilərin təhvil verilməsi ilə nəticələndi. Amma yenə də medallar verildi...”

Asatryan yanğılı şəkildə onu da qeyd edib ki, bütün bunlara digər qəhrəmanlıq adları, medallar əlavə edilsə, belə təəssürat yaranır ki, ermənilərin biabırçı məğlubiyyəti yox, “böyük qələbəsi” baş tutubmuş... “Bu nə absurd idarəçilikdir? Bir neçə həftəlik məğlubiyyətdən və böyük ərazilərin təhvil verilməsinin ardınca əvvəlki, qələbəmiz olan illərdəki qədər qəhrəman adı almağa dəyərmi?”

Tural Tağıyev
Azvision.az


Teqlər: Medal   Asatryan   Məğlubiyyət  





Xəbər lenti