Ermənistanda virusa yoluxanların sayı 166 minə çatır

Ermənistanda virusa yoluxanların sayı 166 minə çatır
  23 Yanvar 2021    Oxunub:974
Ermənistanda son sutka ərzində daha 198 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 165 909 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3034-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 747 nəfərdir. Aktiv xəstələrin sayı 7 593 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti