Bayden meksikalı həmkarı ilə əməkdaşlığı müzakirə etdi

Bayden meksikalı həmkarı ilə əməkdaşlığı müzakirə etdi
  23 Yanvar 2021    Oxunub:754
Meksika Prezidenti Andres Manuel Lopez Obrador amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Meksika lideri “Twitter” səhifəsində yazıb.

"Telefon danışığı dostluq və hörmət şəraitində keçdi. Miqrasiya, koronavirus, inkişaf və rifah naminə əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etdik. Hər şey ölkələrimizin və xalqlarımızın rifahı naminə münasibətlərin yaxşı olacağını göstərir", - Obrador bildirir.

Bundan əvvəl Bayden sələfi Donald Trampın ölkənin cənub sərhədindəki miqrantlara tətbiq etdiyi məhdudiyyətləri ləğv edən, həmçinin Meksika ilə sərhəddə divarın inşasını dayandıran fərman imzalayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBayden   Meksika   Prezident  





Xəbər lenti