Rusiyada Navalnıya dəstək aksiyaları keçirilir - FOTO
"Euronews"un məlumatına görə, Vladivastok, Xabarovsk və digər yerlərdə aksiyada yüzlərlə insan iştirak edir. Etirazçılar Navalnının sərbəst buraxılmasını tələb edir, prezidenti istefaya çağıran şüarlar səsləndirirlər.
Aksiyalar gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə həyata keçirilir. Ən böyük şəhərlərdə çox sayda polis və Milli Qvardiya qüvvələri cəmləşib. Artıq saxlanılanların olduğu bildirilir.
Navalnının yerli qərargahından verilən məlumata görə, polis Xabarovsk bölgəsi qanunvericilik orqanının deputatı Maksim Kukuşkini, Navalnının regional qərargahının koordinatoru Aleksey Vorsin," RusNews"un jurnalistləri Sergey Plotnikov və Danila Kulikov, habelə Libertarian partiyasının Xabarovskdakı şöbəsinin sədri Artem Mozqovu saxlayıb.
Pərvanə Sultanova
Azvision.az