Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqləndi

  23 Yanvar 2021    Oxunub : 749
Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqləndi
ABŞ Senatı ehtiyatda olan general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 93 senator onun lehinə, 2 nəfər əleyhinə səs verib.

67 yaşlı Ostin dörd ulduzlu general rütbəsinə sahibdir. O, Pentaqon rəhbərləri arasında ilk afroamerikalıdır. Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edən Ostin, 2006-cı ilə qədər general-leytenant rütbəsinə yüksəlib, 2016-cı ildə təqaüdə çıxıb.

İraq, Əfqanıstanda xidmət edib, 2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib.

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişafında əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pentaqon   Ostin   ABŞ