Dünyada koronavirusla bağlı son rəqəmlər

  23 Yanvar 2021    Oxunub : 740
Dünyada koronavirusla bağlı son rəqəmlər
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 98 milyon 748 min 510 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 116 min 417 nəfərdir. İndiyədək 70 milyon 920 min 474 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus