Bill Qeyts peyvənd olundu

   Bill Qeyts peyvənd olundu
  23 Yanvar 2021    Oxunub:1116
“Microsoft” şirkətinin yaradıcısı, iş adamı və xeyriyyəçi Bill Qeyts koronavirus əleyhinə peyvənd edilib.
Azvision.az xəbər verir ki, bu barədə B. Qeyts tvitter səhifəsində yazıb. O, COVID-19-a qarşı dərmanların yaradılmasında iştirak edən hər kəsə təşəkkür edib.

"Bu həftə birinci dozamı aldım və özümü yaxşı hiss edirəm. Bizi bu ana gətirən bütün elm adamlarına, sınaq iştirakçılarına, tənzimləyici qurumlara və öndə olan tibb mütəxəssislərinə təşəkkür edirəm".

Azvision.az



Teqlər: BillQeyts   Vaksin  





Xəbər lenti