"44 gün bizi aldatdılar ki, guya qələbə çalırıq"- Gevorqyan

  22 Yanvar 2021    Oxunub : 1561
 "44 gün bizi aldatdılar ki, guya qələbə çalırıq"-   Gevorqyan
Tanınmış erməni fəal Aram Gevorqyan ölkəsindəki rejimin məhv etdiyi daha bir gənc erməni haqqında məlumat yayıb.
Azvision.az -ın məlumatına görə, Gevorqyan bildirib ki, uğursuz müharibənin qurbanlarından sayılan Sarqis Tombulyan adlı gəncin evə dönməsinə 80 gün qalıbmış:

“80 gün sonra Sarqis anasını, babasını qucaqlayacaqdı. Hansılar ki, onları axırıncı dəfə 2019-cu ilin dekabr ayında görmüşdü. Nənə deyir ki, müharibə vaxtı Sarkis ondan hər gün şam yandırmağını xahiş edirmiş. Bu əsgərə kömək edirdi. Müharibənin son günü isə şam da gücsüz oldu... Sarqis noyabrın 9-da, müharibənin dayandırılmasından bir neçə saat öncə Qırmızı bazarda gedən döyüşlər zamanı öldürülüb. 44 gün bizi aldatdılar ki, guya biz qələbə çalırıq. Əslində isə uduzurduq. Təkcə ərazilərin itirilməsi baxımından məğlub olmurduq, həm də ona görə məğlub olurduq ki, belə parlaq gəncləri əldən verirdik. Yada salanda ki, müharibə dövründə minlərlə uşağın həyatını xilas etmək üçün döyüşlərin bir neçə dəfə dayandırılması ilə bağlı şans və imkanlar, təkliflər olub, amma buna gedilməyib, adam dəli olur... Sarqisin və digər minlərlə uşağın ölümünün günahkarları aylar sonra da öz günahlarını etiraf etmirlər. Onlar hələ də günahkar axtarır, məğlubiyyətin səbəblərini saymaqda davam edirlər. 30 dekabrda Sarqisin 20 yaşı olacaqdı”.



Xatırladaq ki, Aram Gevorqyan ölkəsində tanınan ictimai fəallardan biridir və hər gün müharibədə öldürülmüş bir əsgər haqqında məlumat paylaşır.

Tural Tağıyev
Azvision.az

Teqlər: Müharibə   Məğlubiyyət   Gevorqyan