Paşinyanın deputatları Şuşa ilə bağlı sualdan qaçdılar

 Paşinyanın deputatları Şuşa ilə bağlı sualdan qaçdılar
  21 Yanvar 2021    Oxunub:2020
Ermənistanın hakim “Mənim addımım” fraksiyasından olan deputatlar baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı söylədiyi fikirlərə münasibət bildirməkdən imtina ediblər.
Azvision.az xəbər verir ki, deputatlar Gevorq Papoyan, Nazeli Baqdasaryan və Suren Qriqoryan Şuşanın kimə məxsus olmasına dair sualdan yayınıblar.

Bir gün əvvəl, parlamentdəki hökumət saatı zamanı Paşinyan bütün danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləyib.

O bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

“Əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu Şuşa şəhərinin ermənilərin olduğunu nəzərdə tutursunuz?" - deyə sual etməsi narazılıq yaradıb.

Erməni jurnalistlərin Şuşa ilə bağlı sualına hakim fraksiyanın deputatları cavab verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti