Marukyan baş nazir olmaq istəyir

Marukyan baş nazir olmaq istəyir
  21 Yanvar 2021    Oxunub:1527
Ermənistanın baş naziri Nikol Paşinyan, növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair bir memoranduma qoşulmağı və imzalamağı təklif etdi.
Azvision.az xəbər verir ki, bunu “Parlaq Ermənistan” partiyasının və parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

O, əks memorandum təklif etdiyini bildirib.

“Paşinyanla görüşdə o, istefasından sonra “Parlaq Ermənistan”ın baş nazir vəzifəsinə namizəd göstərməməsinə dair memorandum imzalamağı təklif etdi. Lakin mən artıq keçid hökumətinin qurulmasının gündəmimizdə olduğunu bildirdim. Siyasi qüvvəmizin keçid hökumətinə namizədi mənəm və mən öz namizədliyimi irəli sürməliyəm”, - deyən Marukyan, konsensusa gəlməyin mümkün olmadığını və bu səbəbdən məsələnin bağlanıldığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EdmonMarukyan   Ermənistan  





Xəbər lenti