Heynsi Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqləndi

Heynsi Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqləndi
  21 Yanvar 2021    Oxunub:1557
ABŞ Senatı Avril Heynsi Milli Kəşfiyyata direktor vəzifəsinə təsdiqləyib.
Azvision.az xəbər verir ki, Senatda keçirilən səsvermənin yekunlrına əsasən, Heynsin lehinə 84, əleyhinə 10 nəfər səs verib.

Heyns, Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən ilk qadın olacaq.

O, 2013-2015-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini, daha sonra 2015-2017-ci illərdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AvrilHeyns   ABŞ  





Xəbər lenti