Koronavirusun daha bir ştammı aşkarlandı

Koronavirusun daha bir ştammı aşkarlandı
  21 Yanvar 2021    Oxunub:1736
ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, virusun yeni forması CAL.20C adlanır.

Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini hesab edirlər. Hazırda CAL.20C geniş yayılıb.

Mutasiyaya uğramış koronavirusa Los-Ancelesdə bir laboratoriyada nümunələrin yarısından çoxunda rast gəlinib.

"Ştamm həqiqətən burada meydana gəlib, onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşları bildiriblər.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti