Bayden and içdi - FOTOLAR

  20 Yanvar 2021    Oxunub : 2530
 Bayden and içdi -  FOTOLAR
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden and içərək prezident kimi vəzifəsinin icrasına başlayıb.

Baydenlə yanaşı, ölkənin yeni vitse-prezidenti Kamala Harris də and içib. İnauqurasiya mərasimi pandemiya qaydalarına uyğun təşkil olunub. Mərasimdə məşhur müğənni Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Qeyd edək ki, 78 yaşlı Cozef Bayden ABŞ-ın 46-cı prezidentidir. Donald Tramp inauqurasiyanı gözləmədən Ağ Evi tərk etdiyinə görə hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb.

Tramp ötən il 3 noyabrda keçirilmiş və demokrat Cozef Baydenin qalib gəldiyi seçkilərin nəticələri ilə razılaşmayıb. Buna görə də Baydenin andiçmə mərasiminə qatılmayıb.

















Azvision.az

Teqlər: ABŞ   Bayden