Britaniyada gündəlik ölüm sayı rekord həddə çatdı

Britaniyada gündəlik ölüm sayı rekord həddə çatdı
  21 Yanvar 2021    Oxunub:2440
Böyük Britaniyada son sutka ərzində 38 905 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 3 505 754 nəfərə çatıb.

Ötən 24 saatda daha 1820 pasiyent dünyasını dəyişib. Bu, pandemiya başlayandan bəri ən böyük göstəricidir. COVID-19 qurbanlarının ümumi sayı 93 290-a yüksəlib.

Qeyd edək ki, Britaniyada bu günədək 4 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti