Türkiyədə koronavirusla bağlı son vəziyyət

  19 Yanvar 2021    Oxunub : 1582
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində 167 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 6818 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 24 328, virusa yoluxanlar isə 2 399 781-ə nəfərə çatıb.

Türkiyədə indiyədək 2 277 987 pasiyent (son sutkada 7218 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus