Çavuşoğlu Brüsselə səfər edəcək
Səfər çərçivəsində XİN rəhbəri Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri, həmçinin Avropa Parlamentinin bir sıra üzvləri ilə danışıqlar aparacaq.
Çavuşoğlunun Belçika Baş nazirinin müavini, Xarici İşlər, Avropa işləri, xarici ticarət və federal mədəniyyət təşkilatları naziri və NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli və çoxtərəfli əlaqələrin müzakirəsi diqqətdə olacaq.
Pərvanə Sultanova
Azvision.az