Ermənistanda müxalifət liderinə qarşı təxribat - VİDEO

 Ermənistanda müxalifət liderinə qarşı təxribat -  VİDEO
  19 Yanvar 2021    Oxunub:2328
Ermənistanın müxalifət lideri, baş nazir postuna namizəd seçilən Vazgen Manukyana qarşı təxribat hazırlanıb.
Azvision.az xəbər verir ki, Ermənistanın Sünik bölgəsində bir qrup şəxs Manukyanın səfərinə mane olmaq məqsədilə yolu bağlayıblar.



Məlumata görə, təxribata əl atan ermənilər Sünik sakinləri deyillər. Onlar Geqarkunik bölgəsindən gətiriliblər.

Məlum olub ki, Manukyanın bu gün bölgəyə səfəri planlaşdırılmayıb. Sadəcə olaraq təşkilatçılar müxalifət liderinin səfər gününü səhv salıblar.



Tural Tağıyev
Azvision.az


Teqlər: Manukyan   Sünik   Ermənistan   Gərginlik  





Xəbər lenti