Mehri yaxınlığında partlayış: İki erməni yaralandı

 Mehri yaxınlığında partlayış:  İki erməni yaralandı
  19 Yanvar 2021    Oxunub:1721
Ermənistanın cənubunda, Sünik (Zəngəzur) istiqamətində Qarabağ müharibəsində ölənlərin cəsədlərinin axtarışı zamanı mina partlayıb olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə Mehri bölgəsində cəsədlərin axtarışı zamanı baş verib. Partlayış nəticəsində iki xilasedici yaralanıb.

FHN-nin kapitanı Artem Şahnazaryan və yanğınsöndürən Aram Navasardyana Mehridəki tibb mərkəzində ilkin yardım göstərilib, daha sonra onlar Qafana xəstəxanaya aparılıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mehri  





Xəbər lenti