Demokratlar Senatda çoxluq təşkil edə bilərlər

  19 Yanvar 2021    Oxunub : 1172
Demokratlar Senatda çoxluq təşkil edə bilərlər
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris and içməzdən əvvəl Kaliforniya ştatını təmsil edən senator vəzifəsindən getmək barədə istefa ərizəsi yazıb.
Azvision.az xəbər verir ki, Harris yanvarın 20-də təşkil olunacaq 59-cu Prezident inauqurasiyasında and içəcək. ABŞ Konstitusiyasına müvafiq olaraq, vitse-prezident formal şəkildə Senata başçılıq edir.

Son seçkilərin nəticələri və ABŞ Konqresinin Yuxarı Palatasında demokratların və respublikaçıların bərabər sayı nəzərə alınmaqla, səsvermədə iştirak etmək hüququ olan vitse-prezidentin məsuliyyəti qismən artır. Məhz bu səbəbdən demokratlar ABŞ Senatında çoxluq təşkil edə bilərlər.

Azvision.az

Teqlər: ABŞ   Senat