Ohanyan Paşinyanı istefaya çağırdı: “Hakimiyyət getməlidir”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşü erməni tərəfi üçün ən vacib problemi – “əsirlərin” geri qaytarılması məsələsini həll etmədi.
Onun fikrincə, bir çox Ermənistan vətəndaşı kommunikasiyaların blokdan çıxarılması ilə bağlı həddindən artıq həvəsə düşür: "Bu yolların açılması Azərbaycanla sülh müqaviləsi olsaydı, daha effektli olardı. Çünki Türkiyə-Azərbaycan tandeminin qələbəsini nəzərə alsaq, yolların açılması bu tandemin iqtisadi və demoqrafik genişlənməsinə səbəb olacaq".
Ohanyanın açıqlamasından onun Qarsda planlaşdırılan Türkiyə-Azərbaycan hərbi təlimlərindən təşvişə düşdüyü məlum olub. Belə ki, sabiq nazir birgə təlimləri Ermənistana psixoloji təzyiq kimi qiymətləndirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: SeyranOhanyan