Tixanovskaya ATƏT-dən kömək istədi

Tixanovskaya ATƏT-dən kömək istədi
  19 Yanvar 2021    Oxunub:1202
Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Avropa İttifaqının (Aİ) ATƏT-dəki səfirləri ilə onlayn görüş keçirib .
Azvision.az xəbər verir ki, siyasətçi Aİ-ni respublikadakı siyasi böhranın həlli ilə bağlı dialoq platforması yaratmağa çağırıb.

"Svetlana Tixanovskaya Belarusdakı böhranın həlli üçün əhatəli bir dialoq platformasının təşkilini ATƏT-in öz üzərinə götürməsini təklif edib. ATƏT əlaqə platforması yarada və Aİ-nin iştirakı ilə Belarus demokratik qüvvələri və Konstitusiya məhkəməsinin, eyni zamanda hazırkı hakimiyyətin nümayəndələri ilə dəyirmi masa başlada bilər”, - deyə açıqlamada vurğulanıb.

Tixanovskaya ATƏT / DTİHB-nin beynəlxalq standartlara uyğun yeni azad seçkilərin təşkilində kömək edə biləcək mərkəzi təşkilat olduğunu söyləyib: "Seçkiləri 45 gün ərzində keçirməyi planlaşdırırıq və bununla bağlı köməyə ehtiyacımız var".

Məlumata görə, ATƏT-in səfirləri və Tixanovskaya “Lukaşenko rejiminin cinayətlərini" araşdırmaq üçün beynəlxalq qurumun yaradılmasını müzakirə ediblər.

Xatırladaq ki, Belarusda prezident seçkiləri ötən il 9 avqustda keçirilib. Lukaşenko 6-cı dəfə prezident seçilib. Lakin müxalifət onun qələbəsini tanımayıb, Tixanovskayanın qalib gəldiyini iddia ediblər. Bundan sonra Tixanovskaya ölkəni tərk edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti