Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
  19 Yanvar 2021    Oxunub:1427
Ermənistanda son sutka ərzində daha 236 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 164 912 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 9 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3007-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 734 nəfərdir. Aktiv xəstələrin sayı 7671 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti