COVID-19-a yoluxanların sayı 96 milyonu ötdü

COVID-19-a yoluxanların sayı 96 milyonu ötdü
  19 Yanvar 2021    Oxunub:1054
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 96 milyon 9891 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 49 min 349 nəfərdir. İndiyədək 68 milyon 630 min 134 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti