Britaniyada 37 mindən çox yeni yoluxma aşkarlanıb

Britaniyada 37 mindən çox yeni yoluxma aşkarlanıb
  19 Yanvar 2021    Oxunub:1406
Böyük Britaniyada son sutka ərzində 37 535 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 433 494 nəfərə çatıb.

Ötən 24 saatda daha 599 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 89 860-a yüksəlib.

Məlumata görə, Britaniyada bu günədək 4 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Yoluxma  





Xəbər lenti