Türkiyədə koronavirusdan ölüm sayı 24 mini keçdi

Türkiyədə koronavirusdan ölüm sayı 24 mini keçdi
  19 Yanvar 2021    Oxunub:1253
Türkiyədə son sutka ərzində 164 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5862 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 24 161, virusa yoluxanlar isə 2 392 963 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 270 769 pasiyent (son sutkada 7905 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti