Nazirlər Mesut Özilin transferinə münasibət bildirdilər

  18 Yanvar 2021    Oxunub : 1666
 Nazirlər Mesut Özilin transferinə münasibət bildirdilər
Almaniyanın Xarici İşlər naziri Hayko Mass tanınmış futbolçu Mesut Özilin “Fənərbağça” klubuna transfer olunmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, nazir həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında futbolçuya uğurlar arzulayıb.

“Türklərin çox duyğusal azərkeşlər olduğunu bilirəm. Mesut Özil həqiqətən alman futbolu və milli komandasında böyük uğurlara imza atdı. Türkiyədə də futbol kariyerasında ona uğurlar arzu edir, ən yaxşı diləklərimi çatdırıram”, - almaniyalı nazir deyib.

Çavuşoğlu isə öz növbəsində bildirib ki, dünya ulduzunun Türkiyəyə gəlməsi hamımzı, futbolçunun özünü də həyəcanlandırıb. Nazir Özilin Almaniya milli komandasına önəmli töhfələr verdiyini vurğulayıb.

Qeyd edək ki, İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Mesut Özili transfer edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MesutÖzil