Erməni deputatın açıqlaması etiraz doğurdu

 Erməni deputatın açıqlaması etiraz doğurdu
  18 Yanvar 2021    Oxunub:1565
Baş nazir Nikol Paşinyanın "Mənim addımım" fraksiyasından olan deputat Arpi Davoyanın son açıqlaması erməni müxalifətində və müxalifyönlü mediada ciddi narazılıqla qarşılanıb.
Azvision.az xəbər verir ki, deputat Ermənistandakı ən ciddi problemin müxalifət olduğunu deyib. Onun ölkənin bir nömrəli problemi kimi müxalifəti görməsi erməni jurnalistlərin də hiddətinə səbəb olub.

“Razılaşın ki, belə bir açıqlama vermək üçün hədsiz həyasızlığa malik olmalısan. Nə üçün? Ona görə ki, Arpi Davoyan 5000-dən çox insanın ölümünə səbəb olan və on minlərlə əsgərin əlil qalmasına, itkin düşməsinə baiskar olan hökumətin komandasındadır. Yüzlərlə övladımız hələ də düşmən əsirliyindədir, ölkə isə ağır sosial-iqtisadi vəziyyətdədir. Bu adamlar Qarabağın düşmənləridir və Sünikdəki yüksək postları da verdilər. Amma əslində Arpi Davoyan kimi insanlar vəzifələri üçün titrəməyə davam edirlər. Əminliklərini göstərməyə çalışırlar ki, özlərindən başqa hamı günahkardır”, - deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Deputat   Paşinyan   Açıqlama  





Xəbər lenti