Batan gəminin 10 üzvü Ukrayna vətəndaşıdır

 Batan gəminin 10 üzvü Ukrayna vətəndaşıdır
  18 Yanvar 2021    Oxunub:1782
Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” yük gəmisində olanlardan 10 nəfəri Ukrayna, digər ikisi isə əcnəbi vətəndaşdır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, batan gəmidən 6 nəfər xilas edilib, 2 nəfərin cəsədi tapılıb. Daha dörd nəfərin axtarışları davam etdirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub.

Azvision.az


Teqlər: Gəmi   Ukrayna   XİN  





Xəbər lenti